Home » AMB və EBRD Azərbaycanda makroiqtisadi mühiti müzakirə edib

AMB və EBRD Azərbaycanda makroiqtisadi mühiti müzakirə edib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında ölkədəki makroiqtisadi mühitlə bağlı müzakirələr aparılıb.

Qurumda EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionu üzrə maliyyə institutları direktoru Corc Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş çərçivəsində Azərbaycandakı makroiqtisadi mühit, maliyyə sabitliyi ilə bağlı aktual məsələlər, EBRD-nin ölkədəki fəaliyyəti və icra olunan layihələrin cari vəziyyəti müzakirə olunub.

Bununla yanaşı, maliyyə nəzarəti və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətləri nəzərdən keçirilib, maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və EBRD-nin AMB-yə texniki yardım imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.