

“Apple” brendinin dəyəri il ərzində 11% artaraq 574,5 milyard dollara çatıb.
BBN.az xəbər verir ki, bu barədə illik “Brand Finance Global 500” araşdırmasında deyilir.
“Microsoft” 35% (461,1 milyard dollara qədər) artım nümayiş etdirərək reytinqdə ikinci yeri, üçüncü yeri “Google” (+24%, 413 milyard dollar), dördüncü yeri isə “Amazon” (+15%, 356,4 milyard dollar) tutub.
“Walmart” brendi dəyəri 42% artaraq 137,2 milyard dollara çataraq altıncı yerdən beşinci yerə yüksəlib.
Ən dəyərli brendlər onluğuna həmçinin “Samsung” (110,6 milyard dollar), “TikTok” (105,8 milyard dollar), “Facebook” (91,5 milyard dollar), “Nvidia” (87,9 milyard dollar) və “State Grid Corporation of China” (85,6 milyard dollar) daxildir.
Qeyd olunur ki, “Nvidia” brendinin dəyəri bir il ərzində təxminən iki dəfə artıb.