1
ABŞ-ın texnologiya nəhəngi Apple, Avropa İttifaqı (Aİ) qanunlarına uyğunluq çərçivəsində App Store, Mesajlar, Fotoşəkillər, Kamera və Safari kimi proqramlarını silməyi mümkün edəcək.
BBN.az xəbər verir ki, Apple ilin sonuna kimi Avropa istifadəçiləri üçün standart proqramların silinməsində dəyişikliklər edəcək.
Apple, Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununa uyğun olaraq dəyişikliklər edəcək.Şirkət daha əvvəl də yeniləmələr etmiş və telefonlarının şarj portlarını type-c formatına çevirmişdi.