Home » ASAN könüllüləri “Dinamik Gənclik Həftəsi” layihəsini reallaşdırıblar

ASAN könüllüləri “Dinamik Gənclik Həftəsi” layihəsini reallaşdırıblar

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

ASAN könüllüləri 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Dinamik Gənclik Həftəsi” layihəsinə gerçəkləşdiriblər.

1 həftə davam edən layihənin əsas məqsədi gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili olub. Bu istiqamətdə intellektual oyunlar, musiqi gecələri, ekskursiyalar, təlimlər, maarifləndirici görüşlər və s. müxtəlif tədbirlər reallaşdırılıb.

Layihə çərçivəsində ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarı ziyarət edilib. Həmçinin ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda  yad edilib.

Mərdəkan Dendrarisinə, “İDEA” Heyvanlara Qayğı Mərkəzinə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, “Cıdır Düzü” atçılıq mərkəzinə təşkil olunmuş ekskursiyalar zamanı könüllülər hər bir qurumun fəaliyyəti ilə yaxından tanış olublar.

ASAN könüllülərinin rəsmi facebook hesabında canlı yayımlanan “Gənclik” intellektual viktorinası, o cümlədən şahmata olan həvəsin artırılması məqsədi ilə təşkil olunan “Onlayn şahmat turniri”  gənclərin intellekt səviyyəsinin inkişafı istiqamətində  gerçəkləşib.

Asudə vaxtın səmərəli təşkili üçün eko çantalar üzərində rəsm çəkilməsi, xalça toxunması, dulusçuluq kimi maarifləndirici master-klasslar təşkil olunub.

Həmçinin “Anchor”, “Apple podcast”, “Google podcast”, “Radio public”, “Castbox”, “İtunes” və.s beynəlxalq plotformalarda  9 müxtəlif mövzu üzrə podcastlar yüklənib.

“Gənc nəslin yumor anlayışı – Müasir Molla Nəsrəddinçilər” mövzusunda Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə ilə, “Milli və mənəvi dəyərlər – Müasir ədəbiyyat” mövzusunda yazıçı Çingiz Abdullayevlə, “İnformasiya müharibəsində gənclərin rolu” mövzusunda mütəxəssis Fərid Pərdəşünasla görüşlər baş tutub.  

Xaricdə təhsil istiqamətdə təşkil olunan  “Education Hunting” tədbirində İtaliya, Almaniya, ABŞ, Kanada, İngiltərə, Latviya və Asiya ölkələrində təhsil imkanları ilə bağlı gənclər məlumatlandırılıblar.

“Dinamik Gənclik Həftəsi” layihəsi “Könüllülüyünün həyatımızda və karyeramızdakı əhəmiyyəti” mövzusunda Işıl Şahanla görüş və ASAN könüllülərindən ibarət musiqi trubbasının konsert proqramı ilə yekunlaşacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.