Home » “ASAN xidmət” “Meta Novruz- Gələcəyə açılan qapı” tədbirini təşkil edib

“ASAN xidmət” “Meta Novruz- Gələcəyə açılan qapı” tədbirini təşkil edib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

15 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Meta Novruz” virtual tədbiri həyata keçirilib.

300-ə yaxın əməkdaşın iştirak etdiyi tədbir Novruz bayramı ilə əlaqədar təşkil olunub.

Meta dünya üzərində keçirilən ilk milli bayram olaraq yadda qalan tədbirə iştirakçılar öz avatarları ilə qoşulublar.

Əməkdaşları təbrik edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, meta dünya gələcəyimizin trendidir və Dövlət Agentliyi olaraq “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin gələcəkdə meta dünyada da təşkil olunacağını bildirib. Diqqətə çatdırılıb ki, “ASAN xidmət” bu cür innovativ yeniliklərin tətbiqi, əməkdaşlara bu yeniliklərin təşviqi istiqamətində flaqman kimi çıxış edir və gələcəkdə “MetASAN” mərkəzinin yaradılması da planlaşdırıldırılır.

Ardınca ASAN Radio tərəfindən Şuşa şəhərindən hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və meta dünyada ilk dəfə muğam səsləndirililib.

Musiqili qonaqların, müxtəlif maraqlı nömrələrın, Novruzun simvolları olan keçəl, kosa və bahar qızının çıxışları tədbirə xüsusi rəng qatıb.

Novruz tonqalları ətrafında bayram tədbiri davam etdirilib.

“Youtube” link – https://www.youtube.com/watch?v=w3USRQr1cf8

“Metaverse : Gələcəyə yeni pəncərə” : – http://vxsida.gov.az/az/news/1849

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.