Home » ASCO və “Braemar” təkrar bazarda gəmi alqı-satqısını müzakirə edib

ASCO və “Braemar” təkrar bazarda gəmi alqı-satqısını müzakirə edib

by anar
0 comments 0 views 1 minutes read

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış “Braemar” şirkəti arasında gəmi inşası, eləcə də təkrar bazarda gəmi alqı-satqısına dair müzakirələr aparılıb.

BBN.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Rauf Vəliyev “Braemar”ın İcraçı direktoru Ceyms Gundinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə R.Vəliyev qonaqlara rəhbərlik etdiyi şirkətin tarixi və göstərdiyi çoxşaxəli xidmətlər barədə ətraflı məlumat verib. O, bildirib ki, ASCO 165 illik zəngin tarixə malik gəmiçilik şirkəti kimi Xəzər dənizində və Xəzərdənkənar hövzələrdə müxtəlif növ yüklərin daşınmasını həyata keçirir. Şirkət həmçinin Xəzər dənizində neft-qaz kəşfiyyatı və hasilatı sənayesinə xidmət edən müxtəlif tip gəmiləri özündə birləşdirir.

C.Gundi isə təmsil etdiyi şirkət barədə geniş təqdimatla çıxış edib.

Görüşdə həmçinin tanker və quru yük daşıma bazarındakı mövcud vəziyyət də müzakirə edilib. Tərəflər əməkdaşlıq imkanlarından danışaraq birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.