Çinin sənaye istehsalı və pərakəndə satış göstəriciləri gözləntiləri üstələdiyi üçün “yuan” yüksəlib. Regional birjalarda artım müşahidə edilərkən, istiqrazlar əsasən azalıb.
Sinqapurdakı Toronto-Dominion Bankının baş mütəxəssisi Mitul Kotecha, ABŞ-Çin ticarət razılaşması ilə Asiya ölkələrinin valyutalarına Çindən gələn müsbət göstəricilərin də təsir etdiyini söyləyib.
Bloomberg dollar spot indeksi sabit qalsa da, MSCI AC Asiya Sakit Okean indeksi 0,3% artıb.
Ölkənin Mərkəzi Bankı faiz nisbətlərini sabit saxlaması ilə Cənubi Koreya “von”u yüksəlib. İndoneziya “rupi”si və Malayziya “ringit”ləri 4-cü həftəni artımla başa vurmağa hazırlaşırlar.
Filippin “peso”su, Tayland “baha”sı və Hindistan “rupi”si azalıb.