Home » Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək

Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək

by yunus
0 comments 1 views 1 minutes read

Avropa İttifaqı (Aİ) ölkələri, Rusiya Mərkəzi Bankının ələ keçirilən aktivlərini girov olaraq istifadə edərək, Ukraynanın müharibədən zərər çəkmiş iqtisadiyyatını dəstəkləmək üçün 35 milyard avro (64 milyard manat) kredit ayırmaq üçün dəstək planına razılıq verib.

BBN.az xəbər verir ki, ilkin plan Aİ və ABŞ-ın hər birinin 18 milyard avro olan kreditə bərabər töhfə verməsi idi, lakin Vaşinqton bu məsələ ilə bağlı dəqiq açıqlama vermədi və Brüsselin payını 35 milyard avroya artımına səbəb oldu.

G7-nin planına görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən məbləğ Ukraynaya verilmiş milyardlarla dollarlıq kreditlərin mərhələli şəkildə ödənilməsinə yönəldiləcək.

Razılaşma G7 müttəfiqlərinin Kiyevə mümkün qədər tez 45 milyard avro verilməsi üçün daha geniş təşəbbüsün bir hissəsi kimi planlaşdırılıb.

Ukrayna enerji sisteminə ciddi ziyan vuran və hərbi imkanlarına zərbə vuran Rusiyanın yeni hücumunu cilovlamaq üçün mübarizə aparır.

Aİ rəsmiləri bildirirlər ki, Ukrayna hökuməti 35 milyard avroluq yardımın hara və necə xərclənəcəyi ilə bağlı qərarı özü verəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.