
BBN.az xəbər verir ki, bankın depozit faizi 2%, yenidən maliyyələşdirmə faizi 2,15%, borclanma faizi isə 2,40% səviyyəsində qalır.
Bazarlarda da faiz dərəcələrinin sabit qalacağı gözlənilirdi.
AMB-nin açıqlamasında qeyd olunur ki, inflyasiya ortamüddətli hədəf olan 2%-ə yaxın səviyyədə qalır. Bank idarə heyəti ortamüddətdə inflyasiyanın 2% hədəfində stabilləşməsini təmin etməkdə qərarlıdır.
Açıqlamada bildirilib: “İnflyasiya hədəfə yaxın olsa da, iqtisadi görünüş qeyri-müəyyəndir. Biz məlumatlara əsaslanaraq qərar qəbul etmək və hər iclasda mövcud vəziyyətə uyğun addımlar atmaq yanaşmamızı davam etdirəcəyik.”
Qeyd edək ki, AMB 2024-cü ilin may ayından 2025-ci ilin iyun ayına qədər depozit faizini səkkiz dəfə – hər dəfə 25 baza bəndi olmaqla 4%-dən 2%-ə qədər azaldıb.
Bankın inflyasiya gözləntilərinə dair ümumi qiymətləndirməsinin dəyişmədiyi və ortamüddətdə inflyasiyanın 2% hədəfində sabit qalmasının təmin edilməsinə sadiq qaldığı vurğulanıb. AMB əvvəlcədən müəyyən edilmiş faiz siyasətinə bağlı olmadığını, əvvəlki faiz endirimlərinin isə Avropa Birliyinin əmək bazarının dayanıqlığına töhfə verdiyini qeyd edib.
Eyni zamanda, qlobal çətinliklərə baxmayaraq, Avropa Birliyində iqtisadi artımın davam etdiyi bildirilib.







