Home » AYİB-in Azərbaycandakı cari portfeli 892 milyon avroya yüksəlib

AYİB-in Azərbaycandakı cari portfeli 892 milyon avroya yüksəlib

by yunus
0 comments 2 views 1 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari portfelinin həcmi bu il iyunun 30-na 892 milyon avroya çatıb.

BBN.az xəbər verir ki, bu barədə AYİB-in məlumatında bildirilib.

Məlumata görə, bankın Azərbaycandakı cari portfeli əvvəlki ayla müqayisədə 2% və ya 18 milyon avro artıb. Hazırda ölkədə AYİB-in aktiv layihələrinin sayı 36-dır.

Cari portfelin strukturunda ən böyük pay dayanıqlı infrastruktura yönəldilən investisiyaların payına düşür. Belə ki, 800 milyon avro və ya ümumi portfelin 90%-i bu istiqamətə ayrılıb.

Portfelin 7%-ni və ya 62 milyon avronu sənaye, ticarət və aqrobiznes sahələrinə yatırılan investisiyalar, 3%-ni və ya 30 milyon avronu isə korporativ sektora yönəldilən vəsaitlər təşkil edir.

Bankın Azərbaycandakı əməliyyat aktivlərinin həcmi də artım göstərərək 7% yüksəlib və 721 milyon avroya çatıb.

Ümumilikdə, AYİB indiyədək Azərbaycanda 202 layihəyə 3,748 milyard avro həcmində investisiya yatırıb. Bu vəsaitin 94,1%-nə və ya 3,528 milyard avroya qədəri borcalanlar tərəfindən artıq layihələrin icrasına yönəldilib.

Bankın Azərbaycandakı ümumi portfelində özəl sektorun payı 41% təşkil edir.

Qeyd edək ki, AYİB 2025-ci il ərzində Azərbaycanda 10 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 81 milyon avro vəsait ayırıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.