Home » Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya

Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.

Cari ilin 01 mart tarixindən start götürən kampaniya müddətində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təkllif edilir.

Həmçinin müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər.

36, 48 ayadək olan kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% səviyyəsindədir

Qeyd edək ki, 24 ayadək götürülən kreditlər üzrə heç bir komissiya nəzərdə tutulmamışdır.

Hər bir şəxsin zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək olar.

Kampaniya 30 mart daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.