1


2025-ci ilin yanvar-may aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 34 milyard 104 milyon manat təşkil edib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artım deməkdir.
Son bir ildə adambaşına düşən nominal gəlir də artaraq 3 333 manata çatıb. Bu, əvvəlki illə müqayisədə 6,4% yüksəliş deməkdir.