Home » Azərbaycan bank sektorunun vacib maliyyə göstəriciləri açıqlandı – Foto

Azərbaycan bank sektorunun vacib maliyyə göstəriciləri açıqlandı – Foto

by ulviyya
0 rəy 9 baxış 2 dəqiqə oxuma

2023-cü ilin oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 530,5 milyon manat təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur. Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 832,9 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.

BBN.az bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş 2023-cü ilin sentyabr ayı üzrə Statistik Bülletendə bildirilib. 

O cümlədən depozit portfeli 2,6% artaraq 32 milyard 174,2 milyon manata çatıb və bunun 12 milyard 418,4 milyon manatı fiziki, 19 milyard 755,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13% çox, şirkətlərin banklardakı vəsaitləri isə 3,1% azalıb.

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib. Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4%, son 1 ildə isə 20% azalıb. Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət avqustun sonuna 2,4%, ötən ilin sonuna 2,9%, ötən il sentyabrın sonuna isə 3,3% olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.