Home » Azərbaycan Banklar Assosiasiyası və “MasterCard Worldwide”ın nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyası və “MasterCard Worldwide”ın nümayəndələri arasında görüş keçirilib

by yunus
0 comments 1 views 1 minutes read

13 mart 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal və digər nümayəndələr iştirak edirdi.
Görüş zamanı ABA ilə “MasterCard Worldwide” arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində rəqəmsal ödənişlər sahəsində keçirilmiş layihələr, rəqəmsal ödənişlər üzrə tətbiq edilən xidmət haqları, maliyyə savadlılığı sahəsində görülən tədbirlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.