Home » Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub

Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub

by anar
0 comments 0 views 1 minutes read

Azərbaycan Harvard Universitetinin beynəlxalq inkişaf mərkəzi “Growth Lab”ın “İqtisadi Mürəkkəblik İndeksi”ndə 5 ildə 44 pillə irəliləyərək artım tempinə görə lider olub. 

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi  ölkələrin “İqtisadi Mürəkkəblik İndeksi”nin (Economic Complexity Index) qiymətləndirildiyi növbəti hesabatını açıqlayıb. Azərbaycan İqtisadi Mürəkkəblik İndeksində ən yüksək müsbət irəliləyiş dinamikası nümayiş etdirib.

2018-2023-cü illərin göstəricilərinə əsasən, ölkəmiz 5 ildə 44 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. Azərbaycanın reytinqdə dinamik yüksəlişinə iqtisadi şaxələndirmə, yeni istehsal sahələrinin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft-qaz emal sənayesi məhsullarının həcmi və çeşidinin artırılması, xüsusilə sənaye parklarının səmərəli fəaliyyəti ilə ixrac potensialının genişləndirilməsi nəticəsində nail olunub.

“Growth Lab”ın analitikləri vurğulayırlar ki, sənaye parklarına yatırılan investisiyalar şaxələnmə üçün yeni imkanlar yaradır. Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkını qeyd etmək olar. Parkda istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsulları ixracın çeşidini artırır.

Qeyd edək ki, İqtisadi Mürəkkəblik İndeksi (ECI) ölkələrin iqtisadiyyatlarının şaxələnməsi, yüksək əlavə dəyər yaratması və məhsulların istehsalında bilik və bacarıq tutumunun səviyyəsi baxımından mürəkkəbliyi ölçür. İqtisadi Mürəkkəblik İndeksindən qlobal ticarət dinamikasını, ölkələrin gələcək iqtisadi artım potensialını proqnozlaşdırmaq, iqtisadi inkişaf strategiyalarını formalaşdırmaq üçün istifadə olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.