Home » “Azərbaycan Kredit Bürosu” MMC-nin sədri Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının sədri seçilib

“Azərbaycan Kredit Bürosu” MMC-nin sədri Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının sədri seçilib

by Zeyneb
0 comments 3 views 1 minutes read

“Azərbaycan Kredit Bürosu” MMC-nin sədri Elçin Həbibov Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının (ACIPE) sədri seçilib.

O, bu barədə özü məlumat verib.

Elçin Həbibov bildirib ki, 2018-ci ildə müxtəlif ölkələrin 6 kredit bürosu Bakıda bir araya gələrək ACIPE-nin əsasını qoyub. Assosiasiya bu müddət ərzində böyüyərək 11 ölkədən 14 kredit bürosunu və 2 assosiativ üzvü birləşdirən güclü beynəlxalq təşkilata çevrilib.

“Onun sədri seçilmək mənim üçün böyük qürur mənbəyidir. Mənə göstərilən inam və dəstəyə görə ACIPE üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Biz əməkdaşlığı daha da gücləndirərək bilik mübadiləsini genişləndirməyə və Avrasiya regionunda kredit hesabatları üzrə innovasiyaların inkişafına töhfə verməyə davam edəcəyik. Qarşıdakı mərhələlərdə yeni nailiyyətlərə birlikdə imza atmağı səbirsizliklə gözləyirik”, – deyə o əlavə edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.