Home » Azərbaycan Mərkəzi Bankı: Fövqəladə hallarda sığorta ödənişləri 7 günə veriləcək

Azərbaycan Mərkəzi Bankı: Fövqəladə hallarda sığorta ödənişləri 7 günə veriləcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda fövqəladə hallarla bağlı sığorta hadisələri zamanı zərərin kompensasiyası 7 iş günü ərzində ödəniləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov ATV-nin “İqtisadi zona” verilişində bildirib.

Onun sözlərinə görə, böyük dağıdıcı təsirlərlə nəticələnən kütləvi sığorta hadisələri üçün ayrıca kriteriyalar müəyyən ediləcək və bu hallar fövqəladə vəziyyət kimi qiymətləndirilə biləcək.

V.Qurbanov qeyd edib ki, belə hallarda aidiyyəti icra hakimiyyəti orqanı sığorta hadisəsinin təsirini qiymətləndirəcək və müəyyən edilmiş kriteriyalar əsasında məlumatları elektron qaydada İcbari Sığorta Bürosu vasitəsilə sığorta şirkətlərinə ötürəcək.

AMB rəsmisinin sözlərinə görə, əmlaka qismən və ya tam ziyan dəydiyi müəyyən olunduqdan sonra sığorta şirkəti təqdim edilən məlumat əsasında 7 iş günü ərzində sığortalıya ən yaxın bank vasitəsilə təzminat ödəyəcək.

V.Qurbanov həmçinin bildirib ki, sığortalama prosesində elektron üsulların tətbiqi daha da genişləndiriləcək.

O qeyd edib ki, xüsusilə zəlzələ, sel və digər təbii fəlakətlər kimi katastrofik risklərin əhatə dairəsinin genişləndirilməsi və sığorta məbləğlərinin artırılması istiqamətində addımlar atılıb.

AMB rəsmisi əlavə edib ki, bu məqsədlə xüsusi layihə hazırlanıb və Azərbaycanda sığorta sahəsində ilk dəfə risk modelləşdirilməsi həyata keçirilib.

“Zəlzələ üzrə risk xəritələri müəyyənləşdirilib. Artıq ölkə ərazisində baş verə biləcək sığorta hadisələrinin qiymətləndirilməsi bu modelləşmə əsasında aparılacaq”, – deyə o vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.