Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Nova Credit” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 53-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Nova Credit”i bu ilin mayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal Rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 138, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Həsən Fazil oğlu İsrafilzadədir.