1
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları, yaxud 3,8 % artaraq 82,84 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 78,63 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.