Azərbaycan sahibkarları Özbəkistan şirkətləri ilə onlayn “B2B” görüşlər keçirə bilər

Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi və Özbəkistanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 8-12 iyun 2020-ci il tarixlərində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında onlayn formatda biznes forum keçiriləcək.

Onlayn biznes forum çərçivəsində “Zoom” platforması vasitəsi ilə 9-12 iyun 2020-ci il tarixlərində “B2B” görüşlər də təşkil olunacaq:

9 İyun – Qida sənayesi və kənd təsərrüfatı

10 iyun – Avtomobil sənayesi və dağ-mədən sənayesi

11 iyun- Yüngül sənaye

12 iyun – Elektrotexnika sənayesi

İkitərəfli işgüzar görüşlərdə Özbəkistan şirkətlərinin məhsulları və xidmətləri, ixrac imkanları təqdim ediləcək.

Onlayn görüşlərdə iştirak edəcək Özbəkistan şirkətləri ilə tanış olmaq üçün https://b2b.ceo.az/welcome.htm keçidinə daxil ola bilərsiniz.

Azərbaycan sahibkarları onlayn görüş keçirməyə maraq göstərdiyi şirkətlərlə qeydiyyatdan keçməklə şəxsi kabinetlərində görüş təyin edə bilərlər.

Əlavə məlumat üçün:

(+994 12) 404 10 00 (daxili 1042), (+994 77) 277 70 42 (Sona Rüstəmli)

E-mail: eventcoordinator@ceo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır