Home » Azərbaycan və İran nümayəndələri arasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə görüş keçirilib

Azərbaycan və İran nümayəndələri arasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə görüş keçirilib

by Aytac
0 comments 1 views 0 minutes read

Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.

Görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub.

Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərində əldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirə edilib.

Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.