Home » Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

by yunus
0 comments 0 views 1 minutes read

Ölkəyə pul köçürmə sistemləri vasitəsilə 2026-cı ilin ilk rübündə Azərbaycana 296,9 milyon dollar pul baratı daxil olub.

BBN.az  xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:

Rusiya – 110,8 milyon ABŞ dolları;
Türkiyə – 49,9 milyon ABŞ dolları;
İrlandiya – 24,6 milyon dollar;
ABŞ – 23,9 milyon dollar
Birləşmiş Krallıq – 10,5 milyon ABŞ dolları;

S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 103,9 milyon dollar olub.

Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:

Türkiyə- 28,2 milyon dollar;
ABŞ – 16,2 milyon dollar;
Rusiya – 10,2 milyon dollar;
Birləşmiş Krallıq – 6 milyon dollar;
Gürcüstan- 5,6 milyon dollar

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.