Home » Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycanda hərbi qulluqçulara verilən aylıq məvaciblər bundan sonra bank kartları vasitəsilə ödəniləcək. Bu məqsədlə xüsusi “əsgər kartları” hazırlanıb və artıq hərbi hissələrdə əsgərlərə paylanmasına başlanılıb.

Yenilik hərbi sistemdə şəffaflığın artırılması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədi daşıyır.

Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmin edilməsində mühüm addımdır:

“Əvvəllər əsgər maaşları kağız cədvəllər əsasında verilirdi və hərbi qulluqçu qol çəkərək məvacibini alırdı. Bu isə müəyyən risklər yaradırdı. İndi isə əsgər maaşları bank kartı ilə ödənəcək ki, bu da şəffaflıq baxımından çox önəmlidir. Bu sistem rüşvət hallarının qarşısını müəyyən qədər alacaq”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.