Home » Azərbaycanda 58 Min İpoteka Müqaviləsi Bağlanılıb – Anar Kərimov

Azərbaycanda 58 Min İpoteka Müqaviləsi Bağlanılıb – Anar Kərimov

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda mənzil təminatı sahəsində maliyyələşmənin əlçatan və dayanıqlı olması istiqamətində son 20 ildə mühüm addımlar atılıb. Bu müddət ərzində ölkədə 58 min ipoteka müqaviləsi bağlanılıb.

Bu fikirləri maliyyə nazirinin birinci müavini və İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma” adlı tədbirdə səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan ev dayanıqlılığı sistemini formalaşdırmağa nail olub və İpoteka Fondu ölkənin daxili mənzil maliyyələşdirmə sisteminin əsas institusional dayaqlarından birinə çevrilib.

Anar Kərimov qeyd edib ki, ölkədə standart ipoteka kreditləri vətəndaşlar üçün əlçatandır. Bununla yanaşı, həssas sosial qruplar üçün güzəştli sosial ipoteka proqramları da tətbiq olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.