Azərbaycanda AI “chatbot” bazarında liderlik ChatGPT-də qalır
Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalar üzrə (kompüter, mobil cihazlar və planşetlər) süni intellekt əsaslı “chatbot”lar arasında ChatGPT bazar liderliyini qoruyub saxlayıb.
Dekabr ayında ChatGPT-nin ümumi bazar payı 90,78 % təşkil edib. Bu göstərici noyabr ayı ilə müqayisədə 3,29 faiz bəndi azdır.
İkinci yerdə qərarlaşan Google Gemininin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 %-ə yüksəlib. Beləliklə, Gemini-nin bazar payı bir ay ərzində təxminən 2,2 dəfə artıb.
Üçüncü pillədə yer alan Perplexitynin bazar payı dekabr ayında 0,97 faiz bəndi artaraq 2,88 % olub.
Microsoft Copilot isə 1,7 % bazar payı ilə dördüncü yerdə qərarlaşıb. Bu göstərici əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi azdır.
İlk beşliyi Claude tamamlayır. Onun bazar payı 0,4 % təşkil edib ki, bu da noyabr ayına nisbətən 0,08 faiz bəndi artım deməkdir.
Platformalar üzrə AI “chatbot”larının bazar payı
Kompüterlərdə:
-
ChatGPT – 90,68 % (noyabra nisbətən 3,25 faiz bəndi az);
-
Google Gemini – 4,19 % (+2,55 faiz bəndi);
-
Perplexity – 2,82 % (+0,92 faiz bəndi);
-
Microsoft Copilot – 1,88 % (-0,27 faiz bəndi);
-
Claude – 0,44 % (+0,06 faiz bəndi).
Mobil cihazlarda:
-
ChatGPT – 91,72 % (-3,05 faiz bəndi);
-
Google Gemini – 4,73 % (+1,46 faiz bəndi);
-
Perplexity – 3,55 % (+1,59 faiz bəndi).
Planşetlərdə:
-
ChatGPT – 100 % (dəyişiklik qeydə alınmayıb).





