1
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları “Bloomberg” ticarət sistemində ümumilikdə 61,8 milyard manat məbləğində 3 482 ədəd əqd həyata keçirib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Həmçinin, hesabat dövründə banklararası repo bazarında 3 milyard manatlıq 287 əqd bağlandığı bildirilib.
AMB-nin açıqlamasında qeyd olunub ki, banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək səviyyədə davam edir.





