0

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 536,4 milyon manatlıq məhsul istehsal olunub.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Təkcə iyul ayında İKT sektorunda 266,1 milyon manatlıq məhsul istehsal edilib. Bu göstərici illik müqayisədə 30 % artıb.
Hesabat dövründə İKT sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin ilk 7 ayında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ÜDM istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.





