

2025-ci ilin may ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 106,3 faiz təşkil edib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər veirir ki, bu dövrdə qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında 7,8 faiz, qeyri-qida məhsullarında 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 7,3 faiz səviyyəsində qeydə alınıb.
2025-ci ilin may ayında isə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb. Yanvar-may aylarını əhatə edən dövr ərzində isə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz təşkil edib.