Home » Azərbaycanda konfidensial məlumatların sığorta şirkətləri ilə paylaşılması üçün yeni sistem hazırlanıb

Azərbaycanda konfidensial məlumatların sığorta şirkətləri ilə paylaşılması üçün yeni sistem hazırlanıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda sığorta məlumatlarının paylaşılmasına imkan verən yeni informasiya sistemi hazırlanaraq istifadəyə verilib.
Bunu İcbari Sığorta Bürosu-nun Rəqəmsal Həllərin İnkişafı Departamentinin müdiri İslam İsmayılov Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025” çərçivəsində bildirib.

Onun sözlərinə görə, əvvəllər uzun müddət konfidensial hesab edilən məlumatlar artıq vətəndaşın razılığı əsasında sığorta şirkətləri ilə paylaşılır:

“Konfidensiallığın qorunması şərti ilə risklərin daha dəqiq hesablanmasına imkan verən xüsusi informasiya sistemi hazırlanıb və istifadəyə verilib”, – deyə İ. İsmayılov bildirib.

O əlavə edib ki, sığorta hadisələri zamanı tələb olunan “Forma 4” sənədinin təqdim olunması qaydasında da dəyişiklik edilib:

“Əvvəllər ‘Forma 4’ yalnız hadisəni tənzimləyən sığorta şirkətinə təqdim edilirdisə, indi vətəndaşın razılığı əsasında həmin sənəd digər sığorta şirkətləri ilə də paylaşılır”.

İ. İsmayılov qeyd edib ki, İcbari Sığorta Bürosu yaxın illərdə süni intellekt texnologiyalarına əsaslanan idarəetməni prioritet istiqamət kimi müəyyən edib:

“Növbəti 10-15 il süni intellekt dövrü olacaq və biz bu mərhələyə tam hazır olmalıyıq”.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.