
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat dəyərində xidmət göstərilib.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 % çoxdur.
Göstərilən xidmətlərin 5 530,7 milyon manatı və ya 60,1 %-i yük daşınmasının, 2 522,9 milyon manatı və ya 27,4 %-i sərnişin daşınmasının, 1 153 milyon manatı və ya 12,5 %-i isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Hesabat dövründə nəqliyyat sektorunda 140,8 milyon ton yük daşınıb. Bu, illik müqayisədə 2,8 % çoxdur.
Daşınan yüklərin 63 %-i avtomobil, 25,9 %-i boru kəməri, 7,4 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,1 %-i isə hava nəqliyyatının payına düşüb.
Eyni zamanda, yanvar-iyul aylarında 1 290 milyon sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 % artım deməkdir.
Sərnişin daşımalarının 89,3 %-i avtomobil nəqliyyatının, 10 %-i metronun, qalan hissəsi isə digər nəqliyyat növlərinin payına düşüb.





