
2025-ci il oktyabrın 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib.
Bu barədə BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 13 faiz artıb. Debet kartlarının sayı 16 faiz yüksələrək artım göstərsə də, kredit kartlarının sayı 7 faiz azalıb. Ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminin genişlənməsinə müsbət təsir edib.
2025-ci ilin sentyabr ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manat təşkil edib.







