Home » Azərbaycanda orta aylıq əməkhaqqı 1 175 manata yüksəlib

Azərbaycanda orta aylıq əməkhaqqı 1 175 manata yüksəlib

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir.

Məlumata görə, ölkədə orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artıb.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarının yekunlarına əsasən orta aylıq nominal əməkhaqqında illik artım tempi 6,5 % təşkil etmişdi. Son məlumatlar əməkhaqlarının artım tempinin daha da sürətləndiyini göstərir.

Orta əməkhaqqının yüksəlməsi əhalinin gəlirlərinin artmasına və istehlak imkanlarının genişlənməsinə müsbət təsir göstərən əsas amillərdən biri hesab olunur. Bununla yanaşı, əməkhaqqı dinamikası ölkədə iqtisadi aktivliyin və əmək bazarındakı dəyişikliklərin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.