3
2023-cü ilin sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 8% çoxdur.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10%, son 1 ildə isə 19% azalıb. Bu il avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,4% təşkil edib. Bu nisbət iyulun sonuna 2,2%, ötən ilin sonuna 2,9%, ötən il avqustun sonuna isə 3,4% olub.