Home » Azərbaycanda sosial sığorta daxilolmaları 4 milyard manatı keçib

Azərbaycanda sosial sığorta daxilolmaları 4 milyard manatı keçib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat təşkil edib. Hesabat dövründə proqnozdan əlavə 229,4 milyon manat vəsait daxil olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, ilk 7 ay ərzində qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 2 milyard 687,2 milyon manatdan çox olub.

Eyni zamanda, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 6,8 milyon manat çoxdur. Bu istiqamətdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın olub.

Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 606,8 milyon manatı ötüb. Bu göstərici proqnozu 15,6 milyon manat üstələyib. Qeyri-büdcə təşkilatları üzrə icbari tibbi sığorta daxilolmaları isə 402,4 milyon manatdan çox olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.