Home » Azərbaycanda ÜDM artıb – iki ayda iqtisadiyyatın həcmi 18,4 milyard manatı ötüb

Azərbaycanda ÜDM artıb – iki ayda iqtisadiyyatın həcmi 18,4 milyard manatı ötüb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri-neft-qaz sektorunda isə 1,4 % artım qeydə alınıb.

ÜDM-in sahələr üzrə bölgüsü belə olub:

  • 32,7 % – sənaye

  • 11,4 % – ticarət və nəqliyyat vasitələrinin təmiri

  • 7,5 % – nəqliyyat və anbar təsərrüfatı

  • 3,9 % – tikinti

  • 3,2 % – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

  • 2,8 % – turistlərin yerləşdirilməsi və ictimai iaşə

  • 2,1 % – informasiya və rabitə

  • 24,1 % – digər sahələr

Məhsula və idxala xalis vergilər isə ÜDM-in 12,3 %-ni təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.