Home » Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği azalıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Cari oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, milli valyuta ekvivalentində 23 milyard 018,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 19 milyard 079,7 milyon manatı və ya 82,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,8 faizi banklar, 3,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 20,0 faiz azalaraq 519,8 milyon manat olub və ümumi kredit portfelinin 2,3 faizini təşkil edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.