
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği 10,686 milyard manat səviyyəsində olub ki, bu da 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2%-i deməkdir.
Maliyyə Nazirliyinin məlumatına görə, borcun 84,4%-i (9,024 mlrd. manat / 5,308 mlrd. dollar) xarici, 15,6%-i (1,662 mlrd. manat) daxili kreditlərdən formalaşıb.
Xarici zəmanətli borc portfelinin 79,1%-i və ya 4,197 mlrd. dolları “Cənub Qaz Dəhlizi” QSC üçün verilmiş dövlət zəmanətlərinin payına düşür.
Portfelin 58,8%-i sabit, 41,2%-i isə dəyişkən faiz dərəcəli borcdur.
Valyuta strukturu:
-
ABŞ dolları – 63,3%
-
Avro – 18,5%
-
Manat – 12,4%
-
Yapon yeni – 3,9%
-
Digər valyutalar – 1,9%







