Home » Azərbaycanın rəqəmsal inkişafı BMT-də diqqət mərkəzindədir

Azərbaycanın rəqəmsal inkişafı BMT-də diqqət mərkəzindədir

by anar
0 comment 0 views 2 minutes read

Aprelin 22 – 26-sı tarixlərində Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 80-ci sessiyası keçirilib.

İRİA-nın sədrinin müavini Rəşad Xalıqov Sessiya çərçivəsində 22 apreldə baş tutan paralel tədbirdə “Rəqəmsallaşmanın genişlənməsi: İnnovasiyanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu“ mövzusunda natiq qismində çıxış edib. Agentlik rəsmisi öz çıxışında Azərbaycanın regiondakı rəqəmsal inkişafa verdiyi töhfədən bəhs edərək rəqəmsallaşmada region ölkələri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb və UNESCAP ilə bu istiqamətdə əməkdaşlığın yeni potensialın kəşfinə yol açacağından əminliyini ifadə edib.

 

Növbəti gün – 23 aprel tarixində əsas tədbirin plenar iclasında da iştirak edən R. Xalıqov “Asiya – Sakit okean regionunda davamlı inkişaf üçün rəqəmsal innovasiyaların tətbiqi” mövzusunda çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanın rəqəmsal hökumət quruculuğu haqqında məlumat verərək bildirib ki, mövcud elektron hökumət portalı 400-dən çox dövlət xidmətini ölkə vətəndaşları üçün yüksək səviyyədə əlçatan edib. Agentlik rəsmisi “digital.login” sisteminin 100-dən çox dövlət və özəl sektor qurumu tərəfindən istifadə edildiyinə diqqət çəkib və bunun informasiyanın ötürülməsinin effektivliyini və səmərəliliyini artırdığını vurğulayıb. “Azərbaycanda sosial sahə, təchizat, ədliyyə, notariat, təhsil, qida təhlükəsizliyi, vergilər və digər sektorları əhatə edən çoxşaxəli rəqəmsal həllər üzrə əhəmiyyətli inkişafa nail olmuşuq. Yaradılan platformalar hər bir vətəndaşın xüsusi ehtiyaclarını nəzərə alır, şəffaflıq və dayanaqlılığı təmin edir”, – deyə Rəşad Xalıqov tədbir iştirakçılarını məlumatlandırıb.

Bununla yanaşı, o, Azərbaycanın kağızsız sənəd dövriyyəsi kimi həm rəqəmsallaşmanı sürətləndirən, həm də ətraf mühitin mühafizəsinə töhfə verən layihələrindən də bəhs edib və bu xüsusda COP29-un Azərbaycanda bu il keçirilməsini ölkəmizin dayanıqlı ətraf mühitin təşviq edilməsi yolunda sadiqliyinin təzahürü olduğunu bildirib.

Qeyd edək ki, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının hər il keçirilən sessiyası regional əməkdaşlıq, iqtisadi və sosial inkişaf üçün platforma rolunu oynayır. Sessiyanın rəqəmsallaşma istiqaməti BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün region ölkələrindən olan dövlət nümayəndələri və digər maraqlı tərəfləri bir araya gətirərək ortaq səylərin gücləndirilməsini hədəfləyir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.