Home » Azərbaycanın strateji valyuta ehtiyatları 81 mlrd. dolları keçib

Azərbaycanın strateji valyuta ehtiyatları 81 mlrd. dolları keçib

by yunus
0 comments 3 views 1 minutes read

Azərbaycanın strateji valyuta ehtiyatları 81,5 milyard dollara yüksəlib

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10,5 milyard dollar artaraq 2025-ci ilin oktyabr ayına 81,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu göstərici ötən dövrlə müqayisədə 14,7% artım deməkdir.

Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın öz valyuta ehtiyatları hazırda 11,3 milyard dollar təşkil edir. Onun vurğuladığı kimi, mövcud strateji ehtiyat həcmi ölkənin 37 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə imkan verir ki, bu da yüksək sabitlik göstəricisi hesab olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.