Home » Azərbaycanın strateji valyuta ehtiyatları son 20 ildə 38 dəfədən çox artıb

Azərbaycanın strateji valyuta ehtiyatları son 20 ildə 38 dəfədən çox artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Son 20 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 38 dəfədən çox artaraq 37 aylıq mal və xidmət idxalını maliyyələşdirmək imkanını təmin edib.

Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Əli Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, AMB-nin hökumətlə birgə həyata keçirdiyi siyasət nəticəsində son 20 ildə ölkədə makroiqtisadi sabitlik təmin olunub, orta illik inflyasiya birrəqəmli səviyyədə — təxminən 6 % ətrafında saxlanılıb.

Əli Əhmədov qeyd edib ki, son illər AMB-nin həyata keçirdiyi pul siyasəti makroiqtisadi sabitliklə dayanıqlı iqtisadi artım arasında optimal balansın qorunmasına xidmət edib: “Bu, yalnız sabitliyin göstəricisi deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyi üçün möhkəm təminatdır”.

AMB rəsmisi əlavə edib ki, maliyyə sabitliyi siyasətinin əsas prioritetləri bank sektoruna etimadın qorunması, idarəetmə potensialının artırılması və şoklara qarşı dayanıqlığın gücləndirilməsidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.