Home » “Azərikard”dan açıqlama

“Azərikard”dan açıqlama

by Zeyneb
0 comments 2 views 1 minutes read

“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası üzrə ödəniş xidmətini şirkətin öz müraciəti əsasında ləğv edib”.

Bunu mediaya açıqlamasında “Azərikard”-ın baş direktoru Fərid Quliyev bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın müvafiq lisenziyası əsasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası səlahiyyətlərinə malik olsa da, “Azərikard” faktiki olaraq bu istiqamətdə fəaliyyət göstərmirdi. Belə bir fəaliyyət növü şirkətin yaxın illər üzrə planlarına da daxil edilmədiyindən lisenziyadakı həmin xidmətin ləğvi üçün Mərkəzi Banka müraciət məqsədəuyğun sayılıb və bununla bağlı müsbət qərar qəbul olunub.

Fərid Quliyev vurğulayıb ki, “Azərikard” hazırda operator və ödəniş təşkilatı fəaliyyətini tam həcmdə yerinə yetirməkdədir. “Şirkətimiz yeni strateji dövr üçün təsdiqlənmiş yol xəritəsinə uyğun olaraq əsas diqqətini B2B (korporativ) seqmentə yönəldib və bu sahədə tərəfdaşlığı genişləndirir” – baş direktor bildirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.