Home » Azər Türk Bank “SIBOS 2024” beynəlxalq konfransda iştirak edir

Azər Türk Bank “SIBOS 2024” beynəlxalq konfransda iştirak edir

by anar
0 comments 1 views 1 minutes read

Dövlət bankı Azər Türk Bank bu il oktyabrın 21-dən Pekin şəhərində “SIBOS 2024” sərgi-konfransında ənənəvi olaraq iştirak edir.

1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələr və qarşılıqlı əməkdaşlıqların yaranması üçün əsas biznes foruma çevrilmişdir.

Ödənişlər, rəqəmsal aktivlər, ticarət maliyyəsi, süni intellekt və dayanıqlı maliyyə kimi geniş mövzuları əhatə edən builki konfransda 150-dən çox ölkə və regiondan 10 000-dən artıq iştirakçı maliyyə sənayesinin gələcək istiqamətlərini müzakirə etmək üçün toplanıb.

Həmçinin 133 tanınmış maliyyə qurumunun təmsil olunduğu sərgi sahəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Konfransda Avropanın və Amerikanın aparıcı bankları ilə müxbir əlaqələrinə malik Azər Türk Bankın nümayəndə heyəti müxtəlif işgüzar görüşlər keçirir və Azərbaycan bank sektorunda baş verən yeniliklər, islahatlar barəsində məlumatlar verirlər.

Tədbir 24 oktyabr tarixinə kimi davam edəcəkdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.