Home » Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir

Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq sərfəli kredit kampaniyasını davam etdirir.

Kampaniya müddətində fiziki şəxslər üçün kreditlər illik 11%-dən başlayır.

Həmçinin müştərilər illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kreditlər əldə edə biləcəklər. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.

36 və 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% təşkil edir.

Qeyd edək ki, 23 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208C ünvanında yeni “Sumqayıt KOB ofisi və Rəqəmsal filialı” fəaliyyətə başlamışdır. Filialda fiziki şəxslərə, kiçik və orta biznes sahiblərinə bütün növ bank xidmətləri göstərilir. Eyni zamanda yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətindədir.

Filialın yeni fəaliyyətə başlaması münasibətilə filial tərəfindən istənilən müddətə verilən istehlak kreditləri üzrə komissiya yoxdur.

Hər bir fiziki şəxs Bankdan zaminlə 40 000 manat məbləğinədək kredit götürə bilər.

Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

Kampaniya 2024-cü il 31 may daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.