Home » Azərbaycan Banklar Assosiasiyası rəhbərliyi Dr.Selçuk Demiri 60 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Banklar Assosiasiyası rəhbərliyi Dr.Selçuk Demiri 60 illik yubileyi münasibətilə təbrik edib

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Dr.Selçuk Demirlə görüşərək onu 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Görüş zamanı Dr.Selçuk Demirin uzun illər ərzində bank-maliyyə sektorunda göstərdiyi peşəkar fəaliyyət və uğurlu idarəçilik təcrübəsi nəticəsində rəhbərlik etdiyi Ziraat Bank Azərbaycan ASC-nin ölkə iqtisadiyyatının maliyyələşdirilməsində etibarlı və güclü maliyyə institutlarından birinə çevrildiyi bildirilib.

Eyni zamanda, onun banka rəhbərlik etməyə başlaması ilə Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq münasibətlərində yeni mərhələnin başladığı vurğulanıb. Assosiasiyanın fəaliyyətinə göstərilən davamlı dəstək, Türkiyə bank sektorunun qabaqcıl təcrübəsinin öyrənilməsi, banklararası əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin təşviqi istiqamətində verdiyi töhfələrin bank-maliyyə sektorunda yüksək qiymətləndirildiyi qeyd olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.