Home » Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatmışdır

Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatmışdır

by Aytac
0 rəy 1 baxış 3 dəqiqə oxuma

23-26 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri baş tutmuşdur.

Səfər çərçivəsində “Halyk Bank”, “Bank Center Credit”, “Jusan Bank”, “Freedom Finance”, “VTB Bank” (Qazaxıstan), “Home Credit Bank”, “Eurasian Bank”, “Bereke Bank”, “Otbası Bank” və biznesin inkişafına dəstək fondu olan “DAMU” Fondu ilə görüş keçirilmişdir.

Görüşlərdə iştirakçılara aşağıdakı məsələlər üzrə Qazaxıstan bank sektorunun təcrübəsi haqqında məlumat verilmişdir:

  • “Agile” idarəetməyə keçid prosesi;
  • Pərakəndə bankçılıq və pərakəndə kreditləşmə;
  • Biznes kreditlərində satış üsulları;
  • Kredit risklərinin idarə edilməsi;
  • Risklərin idarəedilməsi üzrə korporativ yanaşma;
  • Kənd təsərrüfatı kreditləri üzrə yeni məhsullar, təhlil prosesi və kreditin verilməsi mexanizmi;
  • Rəqəmsallaşma və avtomatlaşdırma, rəqəmsal biznes bankçılığı və rəqəmsal biznes platforması;
  • Biznes kreditləşmə prosesində rəqəmsal həllər, innovativ trendlər;
  • Onlayn bankçılıqda biznes kreditləri;
  • Kredit rəsmiləşmə prosesində rəqəmsallaşma, “digital onboarding process”;
  • Qazaxıstanda biznesə dəstək fondunun fəaliyyəti, təklif edilən məhsullar, subsidiya və zəmanət mexanizmləri, eləcə də fondla banklar arasında münasibətləri tənzimləyən qaydalar.

Bununla yanaşı iştirakçılara Qazaxıstan Respublikası Banklar Assosiasiyası tərəfindən “Qazaxıstan bank sistemi haqqında ümumi məlumat, kredit portfelinin bölgüsü, bazarın rəqəmsallaşma səviyyəsi” mövzusunda seminar keçirilmişdir.

Görüşlərdə Azərbaycan bank sektorunu 41 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Azərbaycan Bank Tədris Mərkəzinin rəsmi “LinkedIn” səhifəsi: ABTC

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.