
Mənbə: Report.az
Bu gün Maliyyə Nazirliyində ABŞ-nin Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin ekspertləri ilə görüş təşkil olunub.
Görüşdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar, o cümlədən fiskal çərçivənin təkmilləşdirilməsi, büdcə qaydasının tətbiqi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində qabaqcıl yanaşmalar müzakirə edilib.
Həmçinin, Azərbaycanın müasir fiskal çərçivəsinin möhkəmləndirilməsi, büdcə qaydaları üzrə potensial islahatlar, qeyri-neft sektorunun inkişafı və institusional koordinasiyanın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. “Growth Lab” ekspertləri fiskal və transfert qaydaları üzrə simulyasiya modellərinə dair təqdimatla çıxış ediblər.
Qeyd edək ki, ekspertlərin ölkəmizə səfəri Nazirlər Kabinetinin “Harvard Universiteti ilə tədqiqat və təhsil-təlim layihəsinin icrası sahəsində təşkilati-inzibati məsələlərin tənzimlənməsi haqqında” Sərəncamının icrası çərçivəsində həyata keçirilir.




