Home » Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub

Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya Federasiyasının Yekaterinburq şəhərində “INNOPROM – 2024” beynəlxalq sərgisi çərçivəsində “Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik” mövzusunda işgüzar sessiya keçirilib.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil və Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Olcas Saparbekovun iştirak etdiyi sessiyada çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq vurğulanıb.

Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.

Özəl və dövlət qurumlarının təmsilçilərinin də iştirak etdiyi sessiyada qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.