Home » Azərbaycan Prezidenti İlham Əliyevin 22 illik prezidentlik dövründə ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 illik prezidentlik dövründə ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.

by Zeyneb
0 comments 2 views 1 minutes read

Bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, sözügedən dövrdə qlobal ümumi daxili məhsul 39,3 trilyon dollardan 113,8 trilyon dollara yüksəlib. Bu isə dünya iqtisadiyyatında 2,9 dəfə artım deməkdir. Onun sözlərinə görə, bu göstəricilər Azərbaycan iqtisadiyyatındakı artım tempinin qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələdiyini göstərir.

V.Bayramov vurğulayıb ki, son 22 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Eyni dövrdə qlobal ticarət dövriyyəsi 9,14 trilyon dollardan 33,0 trilyon dollara yüksəlib ki, bu da 3,6 dəfə artım deməkdir. Beləliklə, Azərbaycanın ticarət dövriyyəsinin artım tempi qlobal ticarətlə müqayisədə təxminən 3 dəfə daha yüksək olub.

Deputat əlavə edib ki, bu illər ərzində fiskal gəlirlərdə, eləcə də qeyri-resurs ÜDM-də də yüksək artım faizləri qeydə alınıb. Bu isə son 22 ildə Azərbaycan iqtisadiyyatındakı və digər makroiqtisadi göstəricilərdəki artım tempinin qlobal orta göstəriciləri üstələdiyini təsdiqləyir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.