Home » Azərbaycan Respublikası Dövlət Neft Fondu açıqlama yayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu açıqlama yayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan sorğulara cavab olaraq bildirir ki, 2020-ci ilin yanvar-iyun aylarında Fond tərəfindən hərraclar vasitəsilə 4 010,1 milyonABŞ dolları satılmışdır. Bu vəsaitin bir hissəsi (5 675,0 milyon manat) yanvar-iyun ayları ərzində plana uyğun şəkildə dövlət büdcəsinə transfert edilmişdir.

ARDNF 2020-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını (https://www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf) ictimaiyyətə açıqlamışdır. Təqdimatda da qeyd edilmişdir ki, 01 iyul tarixinə ARDNF-nin aktivlərinin tərkibinə digər valyutalarla yanaşı 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-nin Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcəkdir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bir daha qeyd etmək istərdik ki, ARDNF fəaliyyəti barədə məlumatları daim ictimaiyyətə açıqlayır və bu prosesi davam etdirəcəkdir. Fond hər zaman ictimaiyyətin və media nümayəndələrinin suallarını cavablandırmağa hazırdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.