Home » AMB-də süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

AMB-də süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankında (AMB) süni intellektin maliyyə sektorunda tətbiqi və bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, AMB sədrinin müavini Vüsal Xəlilovun rəhbərliyi ilə “Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

Vüsal Xəlilov ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda müşavirədə, eləcə də iyunda Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilən prioritetlərin bank sektorunda tətbiqinin vacibliyini qeyd edib.

Banklarda rəqəmsal transformasiya üzrə məsul rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə süni intellektin maliyyə sektorunda tətbiqi, həmçinin rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar müzakirə edilib.

Bununla yanaşı, rəqəmsal transformasiya istiqamətində AMB-dən və prosesin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarından gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müzakirələr zamanı səsləndirilən rəy və təkliflər bank sektorunun gələcək rəqəmsal inkişaf istiqamətlərinin formalaşdırılmasında nəzərə alınacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.